“Formula 1” yarışlarına görə bağlanmış yollar bu tarixdə açılacaq

11:39 - 13.06.2022


13 iyun, Fineko/abc.az. “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, bağlanan yollarda hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.

Bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ABC.AZ-a verilən məlumatda bildirilib.

Qeyd edək ki, 10-12 iyun tarixlərində baş tutan Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Müəllif: Elmir Murad