16:34 - 9.06.2022
9 iyun, Fineko/abc.az. Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Qara dənizdən taxıl ixracı ilə bağlı Türkiyə ilə razılaşması yoxdur, lakin mövzu ilə bağlı araşdırmalar davam etdirilir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna limanlarından taxıl ixracatının bərpası ilə bağlı razılığa gəlməsi üçün təşəbbüslər irəli sürür.
"Bununla belə, Rusiya və Ukrayna qlobal ərzaq təchizatındakı fasilələrə görə bir-birini günahlandırdığından, bu məsələdə razılığın əldə edilib-edilməyəcəyi bəlli deyil. Xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Ankarada görüşüb və Ukraynadan ixrac ediləcək məhsulların qarşısındakı maneələri müzakirə ediblər", - deyə Peskov bildirib.
30 İyul 2026
29 İyul 2026