14:47 - 8.06.2022
8 iyun, Fineko/abc.az. Asiya və Sakit okean regionu ölkələri - Çin-Qırğız Respublikası-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələrinin dəmiryolu administrasiyaları bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər.
ABC.AZ Qırğız mətbuatına istinadən xəbər verir ki, layihə Çindən Avropaya qarışıq yük daşımalarını nəzərdə tutur: “Layihə çəvçivəsində yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır”. D.Usubakunov 2022-ci ilin mart ayında Daşkənd şəhərində layihənin iştirakçı ölkələrinin dəmiryolu administrasiyalarının görüşünün keçirildiyini xatırladıb və növbəti görüşün iyunun 29-da Bişkekdə keçirilməsinin planlaşdırıldığını bildirib.
17 Avqust 2026
15 Avqust 2026