Təcavüzkar siyasəti Ermənistana fəlakətlərdən başqa bir şey gətirmədi - Ceyhun Bayramov

15:25 - 7.06.2022


7 iyun, Fineko/abc.az. “Ermənistandan Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair bəzi müsbət mesajlar gəlir. Bunları müsbət addımlar olaraq qiymətləndiririk”.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Bu istiqamətdə irəliləyişə nail olmaq başda Ermənistan və Azərbaycan olmaqla, bütün bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hər kəsdən çox Ermənistan üçün lazımdır. Çünki işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa bir şey gətirmədi. Ermənistan hökuməti bunu anlamalı və düzgün nəticələr çıxarmalıdır”, - deyə Bayramov söyləyib.