Bu rayonda yol tikintisinə böyük məbləğ ayrıldı - Sərəncam

14:47 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə vəsait ayrılıb.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.