Metroda hazırda sıxlıq 2019-cu ilin göstərcilərindən aşağıdır

14:16 - 7.06.2022


7 iyun, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC hazırda gücləndirilmiş iş rejimində çalışır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, sərnişin sayının artmasına baxmayaraq metroda qatarlar arasında intervalın azaldılması mümkün deyil: “Hazırda metro qatarlarının arasında interval 2 dəqiqəyə bərabərdir. Bu isə ən optimal formadır. Hətta biz istəsək belə, texniki imkan bu intervalı azaltmağa imkan vermir. Onu da əlavə edim ki, hazırda müşahidə edilən sıxlıq 2019-cu ilin göstərcilərindən aşağıdır. İyunun birindən etibarən metronun havalandırma sistemi yay rejiminə keçdi. Qatarların hərəkəti ilə bağlı qərar isə iyunun sonu iyulun əvvəlində veriləcək. Hazırda isə qış rejimi qüvvədədir və gün ərzində xəttə 40-46 qatar çıxarılır”.