“AS Aqro CO” şirkəti “Azəriqaz”ı məhkəməyə verdi

14:59 - 6.06.2022


6 iyun, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı üzrə fəaliyyət göstərən, əsasən də istixanalarda tərəvəzçiliklə məşğul olan “AS Aqro CO” MMC dövlət şirkətini məhkəməyə verib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “AS Aqro CO” “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyətində hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmır.

Qeyd edək ki, dövlət şirkəti 2020-ci ildə “AS Aqro CO”nu məhkəməyə vermişdi. Həmin məhkəmə işində iddia edilir di ki, yandırdığı 100 min manat dəyərində pulunun geri qaytarmır.