12:11 - 3.06.2022
3 iyun, Fineko/abc.az. Azərbaycanda dəmir yolları operatoru olan dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin işçi sayı son ildə artıb.
ADY-dən ABC.AZ-a verilən məlumata görə, 2022-ci ilin 1 aprelinə ADY-nin işçiləri 4 282 nəfər olub.
Bu da son bir ildə 657 nəfər, yaxud 18% artım deməkdir. Lakin, artım olsa belə öncəki ilin üçüncü rübündən hələki aşağıdır.
Qeyd edək ki, 2021-ci ilin üçüncü rübündə işçi sayı restrukturizasiya ilə 4 361 nəfərə çatmışdı.
17 Avqust 2026
15 Avqust 2026