Sürücüsü olmayan yük avtomobillərinin təqdimatı keçirilib - Foto

16:12 - 31.05.2022


31 may, Fineko/abc.az. İsveçdə yerləşən şirkət özünü idarə edən, sürücüsüz yükdaşıyan avtomobillərin təqdimatını keçirib.

ABC.AZ xəbər verir ki, özünü idarə edən yük maşının radar, lazer qəbulediciləri və GPS texnologiyası ilə necə yaxşı işlədiyini göstərmək üçün xüsusi nümayiş keçirilib.

Belə ki, nümayiş zamanı avtomobillər labirintdə heç bir maneə ilə toqquşmadan hərəkət ediblər. 26 ton yük daşıya bilən bu avtomobillərin sürücü kabinəsi yoxdur. 

Bildirilir ki, nəqliyyatda bu maşınlardan istifadə maddi tərəfdən də 40 faiz daha ucuz başa gəlir.