16:05 - 31.05.2022
31 may, Fineko/abc.az. “Instagram” sosial şəbəkəsinin Rusiyadakı auditoriyası may ayında beş dəfə azalıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, rusiyalıların cəmi 4%-i “Instagram”da gündə beş dəqiqədən çox oturur.
Həmçinin qeyd olunur ki, Rusiya əhalisi arasında “Facebook” istifadəçilərinin sayı həmin dövr ərzində üç dəfə kiçilib. Rusiyada “Instagram”ın bloklanmasından sonra rusiyalıların sosial şəbəkədə gündə keçirdikləri vaxt 13 dəfə azalıb.
Martın 14-də “Roskomnadzor” “Instagram”ı qadağan olunmuş saytların reyestrinə daxil edib və resursu bloklamağa başlayıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026