16:10 - 24.05.2022
24 may, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” şirkəti iyunun 28-dən Abu Dabidən Bakıya reyslər həyata keçirməyə başlayacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, uçuşlar hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.
Təyyarə yerli vaxtla saat 14:30-da Abu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək.
Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.