14:44 - 24.05.2022
24 may, Fineko/abc.az. Yaponiyanın "Toyota Motors" avtomobil şirkəti ölkə ərazisindəki 10 zavodda işləri qismən dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Məlumatda qeyd olunub ki, həmin zavodlarda ümumilikdə 16 istehsalat xətti üzrə may və iyun aylarında fəaliyyət dayanacaq.
Qərara səbəb Çinin Şanxay şəhərində koronavirusa görə sərt qapanmalarla əlaqədar detal çatışmazlığı ilə bağlıdır.
"Toyota"nın qiymətləndirməsinə əsasən, fəaliyyətin qismən dayanması ilə əlaqədar iyun ayında "Toyota" istehsalı 100 min ədəd azalacaq.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026