15:45 - 23.05.2022
23 may, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” aviaşirkəti Çernoqoriyaya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.
“Azərbaycan Hava Yolları"dan ABC.AZ-a verilən məlumata görə, 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Çernoqoriyaya çarter proqramının bərpası barədə razılığa gəlinib.
Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı - Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.
Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.
17 Avqust 2026
15 Avqust 2026