17:30 - 19.05.2022
19 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycana 69,4 milyon ABŞ dolları dəyərində 8 787 ədəd avtomobil ixrac edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, bu il Azərbaycana ixrac edilən avtomobillərin illik ifadədə 480,6 min dollar və ya 0,68%, sayı isə 1669 ədəd və ya 15,9% azalıb.
Belə ki, ötən ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycana 69,9 milyon dollar dəyərində 10 456 ədəd avtomobil ixrac edib.
19 Avqust 2026
18 Avqust 2026