12:17 - 19.05.2022
19 may, Fineko/abc.az. Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir.
Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilir.
Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib.
Hazırda geriyə dönmə hissələrin işlənməsi, nəzərdə tutulan 2 yerdə bordürların qoyulması, 2-4.6-cı km-lik hissədə yolun oxunun profilə salınması işləri aparılır.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026