11:17 - 15.05.2018
15 may, Fineko/abc.az. Mayın 14-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib ki, zəlzələ yerli vaxtla saat 01:00-da Xəzər dənizində qeydə alınıb.
“Zəlzələ 3 bal gücündə, 61 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb”, - məlumatda belə deyilir.