14:03 - 17.05.2022
17 may, Fineko/abc.az. Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham edilir.
ABC.AZ xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.
Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026