15:46 - 16.05.2022
16 may, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Anar Novruzovla əvəz olunub.