17:24 - 10.05.2022
10 may, Fineko/abc.az. Həştərxanla Bakı arasında birbaşa reysin bərpa olunacağı tarix məlum olub.
ABC.AZ-ın məlumatına görə, sözügedən reys iyunun 1-dən bərpa olunacaq.
Rusiyanın “Azimut” aviaşirkəti bu marşrut üzrə müntəzəm sərnişin hava daşımaları həyata keçirəcək.
Xatırladaq ki, 2022-ci il martın 6-dan Bakı ilə Həştərxan arasında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Sözügedən reyslərə tələbat həddən artıq var. Belə ki, işlədiyi dövrdə hər reysdə doluluq 90%-dən çox olub.
18 Avqust 2026