17:14 - 10.05.2022
10 may, Fineko/abc.az. Ədliyyə Nazirliyi böyük məbləğli tenderə yekun vurub.
ABC.AZ-ın məlumatına görə, sözügedən tender məhkəmələrin istismarında avtomatlaşdırılmış sistemlərin, informasiya-kommunikasiya avadanlıqlarının, şəbəkə infrastrukturunun saxlanılması və inkişafını nəzərdə tutur.
İkinci tender isə onlara texniki dəstəyin göstərilməsi ilə bağlıdır. Hər 2 açıq tenderə də artıq yekun vurulub.
Qeyd erək ki, hər 2 tenderin qalibi də "Bestcomp Group" MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 4,444 milyon manat və 2,141 milyon manat, ümumilikdə isə 6,585 milyon manat ödəniləcək.
8 Avqust 2026
8 Avqust 2026