10:32 - 28.04.2022
28 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də gəmi-bərənin istismara verilmə mərasimində iştirak edib.
ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasiminə qatılıb.