15:05 - 27.04.2022
27 aprel, Fineko/abc.az. Bir müddət öncə Daxili İşlər Nazirliyinin tabeliyinə verilən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.
ABC.AZ xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Namidan Piriyev gətirilib.
Qeyd edək ki, N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, daha öncə İdarənin şöbə rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, NİİM bu il fevralın 7-də DİN-in tabeliyinə verilib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026