17:05 - 26.04.2022
26 aprel, Fineko/abc.az. Yaşa görə əmək pensiyasından əlilliyə görə əmək pensiyasına keçməyə icazə veriləcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna (34-cü maddə) görə, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Layihəyə əsasən isə bu istisna aradan qaldırılacaq.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026