12:15 - 26.04.2022
26 aprel, Fineko/abc.az. Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “İşıqlandırma üçün lazımı mal-materialların satınalınması” üzrə elan etdiyi tenderi yekunlaşdırıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, tenderin qalibi “İnterkabel” firmasıdır.
Qalib şirkətə 2 750 030 manat ödəniləcək.
Xatırladaq ki, 2021-ci ildə həmin şirkətə 2 998 894 manat verilib, 2020-ci ildə isə 2 993 558 manat ödəniləcək.