11:02 - 11.05.2018
11 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,19 dollar (0,24%) azalıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,65 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar enərək 77,30 dollar təşkil etmişdir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin qiyməti 0,43 dollar enərək 71,28 dollar/barelə təşkil etmişdir.