15:13 - 25.04.2022
25 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi deputat Vüqar Bayramov pensiya ilə bağlı yeniliklərin olacağını bildirib.
ABC.AZ-ın məlumatına görə, deputat dəyişikliyin pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlı olduğunu qeyd edib:
“Yeni layihə qəbul olunandan sonra, dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq. Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən, pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.
Məsələn, pensiyaçı dünyasını dəyişən zaman onun əmək pensiyasının sığorta hissəsi 50 min manatdır. Bu halda həmin şəxsin orta pensiya məbləği 347 manatdır (50 min manat/144 ay). Amma onun ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ 7 ildən sonra yaranır. Bu illər ərzində isə indeksasiya faizi 30 il olub. Bu zaman 50 min manat kapitalın üzərinə 15 min manat əlavə olunacaq. Bu halda dünyasını dəyişən vətəndaşımızın əmək pensiyasının sığorta hissəsi 75 min manata çatdırılacaq ki, bu da ailə üzvü və ya üzvlərinin daha çox vəsait almasına imkan verəcək. Bununla da həmin şəxs üçün orta pensiya məbləği 347 manatdan 421 manatadək yüksələcək. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq”.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin 26 aprel tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026