11:15 - 22.04.2022
22 aprel, Fineko/abc.az. ABŞ-ın ağır texnika istehsalçısı “Mack” şirkəti batareyalı “LR Electric” zibil daşıyan istehsal etməyə başlayıb.
Yeni maşın 376 kilovat-saat tutumlu dartma akkumulyatoruna və 454 at gücünə malik ikimühərrikli elektrik stansiyasına malikdir, maksimal güc ehtiyatı 160 kilometrdir.
ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, elektrikli zibil maşınının qiyməti isə hər kəsi təəccübləndirib.
“Mack LR Electirc” yarım milyon dollara başa gələcək. Bu isə təxminən 220 min dollara başa gələn “Ferrari Roma”dan iki dəfə bahadır.
17 Avqust 2026
15 Avqust 2026