17:31 - 21.04.2022
21 aprel, Fineko/abc.az. “AZƏRALÜMİNİUM" MMC 10 min tonluq bişirilmiş karbon anod blokların satınalınması üzrə tenderə yekun vurub.
ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi mərkəzi Dubayda yerləşən Alumico FZ LLE şirkəti olub.
“AZƏRALÜMİNİUM" xarici şirkətlə satınalma üzrə 28,7 milyon manatlıq müqavilə imzalayıb.