17:07 - 21.04.2022
21 aprel, Fineko/abc.az. Bu ilin mart ayında Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı fevral ayı ilə müqayisədə 3,3% və ya 136 min nəfər artıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, aprelin 1-i tarixinə ölkə üzrə 4 220,7 min nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 41%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 17,5% və ya 628,7 min nəfər artıb.
İstifadəçilərin 58,9%-i kişilər, 41,1%-i isə qadınlardır.
Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 515,8 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 899,7 min nəfərlə liderlik edir.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026