Bakı metrosu ötən il bu qədər gəlir əldə edib – Hesabat

16:55 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Ötən il Azərbaycanda metro nəqliyyatı ilə sərnişin daşınmasından 26 154,4 min manat gəlir əldə edilib, bu da illik müqayisədə 21% çoxdur.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 21 623,1 min manat səviyyəsində olub.

Qeyd etmək lazımdır ki, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 232,4 min olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8% çoxdur.