16:13 - 20.04.2022
20 aprel, Fineko/abc.az. Rusiya hüquqşünasları "Apple Pay"ın bağlanmasına görə "Apple"ı məhkəməyə verəcəklər.
ABC.AZ-ın məlumatına görə, “Chernyshov, Lukoyanov and Partners” hüquq firması Rusiya cihazlarında “Apple Pay” ödəniş xidmətinin dayandırılması ilə əlaqədar “Apple”a qarşı iddia hazırlayır.
Ödəniş xidmətinin birtərəfli dayandırılması əsassızdır və Rusiya istehlakçılarının hüquqlarını pozur, idarə heyətinin baş tərəfdaşı Konstantin Lukoyanov bildirib.
"Şirkətin hərəkətləri bütövlükdə cəmiyyətdəki əhval-ruhiyyəyə təsir etmək cəhdi ilə rusiyalı istifadəçilərə və "Apple" qurğularının sahiblərinə qəsdən mənəvi zərər vurmaq kimi qiymətləndirilməlidir", - vəkil bildirib.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026