Tümendən Bakıya uçuşlar başlayır - Detallar

15:37 - 20.04.2022


20 aprel, Fineko/abc.az. “Utair” aviaşirkətinin yaz-yay cədvəlində Tümendən Rusiya şəhərlərinə və xarici ölkələrə 24 marşrut planlaşdırıb.

ABC.AZ xəbər  verir ki, cədvəldə Tümendən Bakıya və Daşkəndə birbaşa uçuşlar da daxildir.

Biletlərin satışı aviaşirkətin saytında mərhələli şəkildə təşkil olunacaq.