Qırğızıstan və Azərbaycan arasında sənədlər imzalanıb - Prezidentlər mərasimdə

14:10 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Dövlət başçıları arasında “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” imzalanıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.