Nazirlik "Elnur-2” şirkətini məhkəməyə verdi

16:19 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Müdafiə Nazirliyi "Elnur-2” İstehsalat Kommersiya Şirkətini məhkəməyə verib. 

ABC.AZ xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi isə podrat müqaviləsi üzrə mübahisələrdir. 

"Elnur-2” İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. "Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur. Qeyd edək ki, "Elnur-2” şirkətinin adı daha çox tender əməliyyatlarında çəkilir. Şirkət əsasən cənub rayonlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.