14:35 - 19.04.2022
19 aprel, Fineko/abc.az. 2022-ci ilin sonuna qədər "Bakı Metropoliteni" QSC-nin “Bənövşəyi xətt”in yerüstü stansiyası olan “Xocasən” sərnişinlərin istifadəsinə veriləcək.
Bu barədə məlumat ABC.AZ-a QSC-dən bildirilib.
“2016-cı il aprelin 19-u Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü – “Bənövşəyi xətti”nin açılışı olub. Bənövşəyi xətt iki stansiya ilə (“Avtovağzal” və “Memar Əcəmi”) istifadəyə verilib. Hazırda xəttin 3 stansiyası var”, - deyə açıqlamada bildirilib.
17 Avqust 2026
15 Avqust 2026