Aİ ölkələrinin limanları Rusiya gəmiləri üçün bağlanıb

14:43 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Rusiyaya sanksiyalar fonunda Kremlə qarşı hır gün yeni embarqoların tətbiqi artıq adi hala çevrilib.

ABC.AZ-ın məlumatına görə, yeni embarqolardan birini Avropa İttifaqı tətbiq edib.

Belə ki, Aİ-yə üzv bütün ölkələrin limanları Rusiya gəmiləri üçün bağlanıb.

Bu qərar yalnız SOS (Mayday) siqnalı vermiş gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərar fərdi olaraq qəbul ediləcək.

Xatırladaq ki, daha əvvəl Bolqarıstan, Rumıniya, İtaliya və Estoniya öz limanlarını Rusiya gəmilərinin üzünə bağlamışdı.