17:24 - 15.04.2022
15 aprel, Fineko/abc.az. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin 5 milyon manatlıq əmlakı müsadirə olunub.
ABC.AZ Apa-ya istinadən həmin siyahını təqdim edir:
Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil
Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi
Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil
Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası),
Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası
“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisə
Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi