Honda istehsalında elektromobilə üstünlük verəcək - 8 ilə 2 milyon ədədə çatmalıdır

17:23 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Yaponiyanın “Honda” avtomobil konserni 2030-cu ilə qədər illik elektromobil istehsalı göstəricisini 2 milyon ədədə çatdırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, bu barədə avtomobil konserni bəyanat yayıb.

Bundan əlavə, “Honda” 2030-cu ilədək elektrik avtomobillərinin 30 yeni modelini təqdim etməyi nəzərdə tutur. Konsern bu məqsədə nail olmaq üçün on il ərzində tədqiqat işlərinə təxminən 8 trilyon yen (63,7 milyard dollar) sərmayə yatıracaq.

Qeyd edək ki, “Honda” konserni 2020-ci ildə 4,45 milyon avtomobil satıb ki, onların arasında elektrokarlar və yanacaq elementli nəqliyyat vasitələrinin payı 1 faizdən az olub.