15:37 - 13.04.2022
13 aprel, Fineko/abc.az. Bəzi ölkələrin müqavilə öhdəliklərini yerinə yetirməməsi Rusiya üçün problemlər yaradır.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya lideri qeyd edib ki, Qərbin Rusiya ilə normal əməkdaşlıqdan və enerji resurslarından imtina etməsi artıq Avropaya ziyan vurur.
Putin həmçinin, bildirib ki, Rusiya enerji ixracını yeni bazarlara genişləndirə bilər.
"Enerji qaynaqlarımızı həqiqətən ehtiyac duyulan ölkələrə yönəldə bilərik. Ölkə daxilində neft, qaz və kömür istehlakını artıra biləcərik", - deyə Putin bildirib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026