12:23 - 13.04.2022
13 aprel, Fineko/abc.az. Bu ilin I rübündə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 27 866 nəfər təşkil edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
Hesabat dövründə aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 4%-ə bərabər olub. Pendemiyadan öncə - 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin sayında 8 601 nəfər və yaxud 45% artım qeydə alınıb. Azərbaycanın milli avidaşıyıcısının qonşu ölkənin aviasiya bazarındakı payı isə 2 % artıb.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri 2021-ci ilin martın 19-dan bərpa edib.
14 Avqust 2026
14 Avqust 2026