12:58 - 8.05.2018
8 may, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası I Maliyyə Texnologiyaları və Blokçeyn Forumunu keçirəcək.
ABA-nın məlumatında deyilir ki, Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda forum 17-18 may tarixlərində keçiriləcək.
“Forumun işində beynəlxalq və regional ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcəklər”, - deyə məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, Forumda maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaların müzakirə olunacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026