“Sahil-S İnşaat” MTK-nın sədri və “GG Company” MMC-nin rəhbəri həbs edildi

15:32 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Mənzil satışı adı altında vətəndaşların pullarını ələ keçirən vəzifəli şəxslər həbs edilib.

Baş Prokurorluqdan ABC.AZ-a bildirilib ki, "Sahil-S İnşaat" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri işləmiş Taley Alaverdiyevin “GG Company” MMC-nin direktoru Pənah Kərimovla əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən Yeni Günəşli qəsəbəsində inşa olunmuş yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara saxta müqavilə və arayışlar tərtib edib külli miqdarda pulu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Alaverdiyev və P.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.