17:14 - 11.04.2022
11 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” şirkətini məhkəməyə verib.
ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.
İş üzrə hazırlıq iclası may ayının 6-da keçiriləcək. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.
Qeyd edək ki, nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Seyidov Faiq Sadiq oğludur.
“Xaliq Faiqoğlu” şirkəti bir müddət əvvəl vergi borcu ilə gündəmə gəlib. Şirkətin hazırda da 75 935.21 AZN vergi borcu var.
14 Avqust 2026
14 Avqust 2026