16:02 - 11.04.2022
11 aprel, Fineko/abc.az. Aİ Komissiyası Rusiyada sertifikatlaşdırılmış 21 aviaşirkəti qara siyahıya salıb.
ABC.AZ-ın məlumatına görə, Komissiya bunu həmin aviaşirkətlərin beynəlxalq təhlükəsizlik standartlarına cavab verməməsi ilə əlaqələndirib.
Mövzu ilə bağlı açıqlama verən AB Nəqliyyat Komissiyasının üzvü Adina Valean qeyd edib ki, bu qərar Rusiyaya qarşı başqa bir sanksiya deyil.