15:31 - 11.04.2022
11 aprel, Fineko/abc.az. Rusiyanın maliyyə naziri Anton Siluanov artan borclanma xərcləri səbəbindən ilin qalan hissəsi üçün istiqraz buraxmayacaqlarını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, Siluanov ölkəni defolt vəziyyətinə salmaq üçün cəhdlər olduğunu və lazım gələrsə, hüquqi addımlar atacaqlarını açıqlayıb. Nazir qeyd edib ki, bu il daxili və ya xarici bazarlardan borc almağı planlaşdırmırlar.
"Borc xərcləri çox olduğu üçün bazarlardan borc götürməyin mənası yoxdur", - deyə o bildirib.