Peskov: Ukraynada xüsusi əməliyyat yaxın vaxtlarda dayandırıla bilər

17:08 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı xüsusi əməliyyatın yaxın vaxtlarda dayandırıla biləcəyini bildirib.

ABC.AZ rusiya mətbuatın istinadən xəbər verir ki, Kreml Rusiyanın Ukraynada məqsədlərinə çatdığını bəyan edib və Ukraynada başladığı “xüsusi əməliyyatı” “yaxın gələcəkdə” bitirə biləcəyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov da bitərəf qalmağa çalışan bəzi dövlətlərə Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasına üzvlüyünü dayandırmaq üçün səs verməyə təzyiq edildiyini gördüklərini bildirib.

BMT Baş Assambleyası Ukraynada "insan hüquqlarının sistematik şəkildə pozulması" ilə bağlı xəbərlərə görə dünən Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyünü dayandırıb. Bundan sonra Rusiya Şuradan istefa verdiyini elan etdi.