"Bakı metropoliteni" 3 yeni qatar alıb

11:20 - 7.04.2022


7 aprel, Fineko/abc.az. "Bakı metropoliteni" QSC yenicə aldığı üç yeni təsərrüfat qatarını (motovoz) istismara verib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, qatarlar Azərbaycanın texniki şərtləri əsasında Rusiyada - “ViLen” MMC-də istehsal olunub.

Bu zaman Bakının iqlim şəraiti, metropolitenin hidrogeoloji şəraiti, relyefi, yolun plan və profil vəziyyəti, yerinə yetirilən işlərin xüsusiyyətləri nəzərə alınıb. Hazırda Bakı metrosunda 27 təsərrüfat qatarı var.

Onlardan 5-i 2014-2017-ci illərdə alınıb. Motovoz parkının əsasən əvvəlki nəslə mənsub maşınlardan ibarət olması və Bənövşəyi xəttin ehtiyacları nəzərə alınmaqla, yenilənmə prosesinin qarşıdakı illərdə davam etdirilməsi nəzərdə tutulub.