Rusiya- Azərbaycan sərhəddində yük avtomobilləri üçün əlavə zolaq açılıb

12:05 - 6.04.2022


6 aprel, Fineko/abc.az. Dağıstanın Yaraq-Kazmalyar keçid məntəqəsində Azərbaycanla sərhəddə yük daşımaları üçün əlavə zolaq istifadəyə verilib.

ABC.AZ-ın məlumatına görə, bununla da məntəqənin keçid qabiliyyəti 100 yük avtomobili artmış olacaq.

"Azərbaycanla sərhəddə, Yaraq-Kazmalyar keçid məntəqəsində yük avtomobillərinin gömrük ərazisindən çıxışı üçün əlavə zolaq istifadəyə verilib. Bu zolaq məntəqənin keçid qabiliyyətini gündə 100 yük maşını artırır və növbədə gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır", - deyə Şimal Gömrük İdarəsindən bildirilib.

Qeyd olunur ki, bu keçid məntəqəsində yük normadan 1,5 dəfə çox olmaqla hər iki istiqamət üzrə sutkada 500-550 avtomobil təşkil edir.