17:24 - 5.04.2022
5 aprel, Fineko/abc.az. “Volkswagen Group” konserni idarəçilikdə dəyişiklik etməyi planlaşdırır.
ABC.AZ-ın məlumatına görə, konsernindən 2022-ci ilin yayında şirkətin menecmentində dəyişikliklərin olacağı açıqlanıb.
Vurğulanıb ki, “Volkswagen”in minik avtomobilləri bölməsinin rəhbəri Ralf Brandtetter avqustun 1-indən Çin bölməsinə rəhbərlik edəcək, onun yerini isə iyulun 1-indən “Skoda”nın indiki rəhbəri Tomas Şafer tutacaq.
Çex markasının yeni rəhbəri iyulun 1-indən hazırda satış, marketinq və satışdan sonrakı xidmətə cavabdeh olan Klaus Zellmer olacaq.
Onun davamçısının kim olacağı barədə məlumat hələlik verilmir.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026