Rusiya yük daşımaları üçün yeni variantlar axtarışındadır

14:42 - 5.04.2022


5 aprel, Fineko/abc.az. Rusiya-Ukrayna böhranından sonra Kreml Moskvaya qarşı tətbiq edilən sanksiyalardan çıxış yolu axtarışındadır.

ABC.AZ-ın məlumatına görə, Rusiyaya qarşı sanksiyalardan sonra yük daşımalarının xəritəsi də dəyişib.

Bu isə Kuybışev dəmir yolunda payı ənənəvi olaraq 50% təşkil edən ixrac daşımalarına təsir göstərir.

Kuybışev Ərazi Korporativ Nəqliyyat Xidmətləri Mərkəzindən bildirilib ki, onlar maneələrə operativ reaksiya verir və bu baxımdan hələ ki yüklənməmiş Şimal-Cənub keçidi kifayət qədər perspektivlidir.

Mərkəzdən qeyd edilib ki, yükləmə Xəzər dənizinin limanları, xüsusən də Həştərxan vilayətindəki Olya (dəniz limanı - red.) vasitəsilə həyata keçirilə bilər.

Daha sonra mallar okeanlara çıxışı olan İrana göndərilir. Sərhəd keçidləri vasitəsilə Azərbaycana malların çatdırılması variantı da var.